17 Dekabr 2017, Bazar - 12:10

K.Horner: “Həmilton şansını itirməyib”

K.Horner: “Həmilton şansını itirməyib”

Müəllif: Elçin Zodorov, redaktor

14:29 - 11 Oktyabr, 2016

Red Bull komandasının rəhbəri iki sürücü arasındakı 33 xallıq fərqin bağlana biləcəyini düşünür.

F-1.az xatırladır ki, mövsümün ikinci hissəsinə Həmiltondan 19 xal geridə başlayan Rosberq xüsusilə son 2 yarışda fərqi öz xeyrinə dəyişə bilib.. Mövsümün sonuna 4 yarış qalmış alman sürücü 33 xal irəlidədir.

Kristian Horner: “Hər bir idman növündə belə idmançılar olur ki, hər şey onların lehinə olur. Hazırda Nikoda da vəziyyət belədir. Lyuis bu il olduqca çətin həftəsonları keçirib, lakin yenə özünü toplayaraq mübarizə aparacağı dəqiqdir. Nikonun yarışı tamamlaya bilməməsi və Lyuisin qalib gəlməsi ilə hər şey dəyişilə bilər. On il əvvəl biz Həmilton və Alonsonun əlində olan çempionluğu Rəykkönenin arxadan gələrək qazandığını görmüşdük. Hələ hər bir sürücünün ala biləcəyi maksimum 100 xal var və belə bir anda Həmiltonun şansının olmadığını demək səhv olar…”

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 162
Teqlər , , ,
Paylaş

logo