22 Noyabr 2017, Çərşənbə - 16:58

K.Horner Fettelin komandaya qayıdışını təkzib edib

K.Horner Fettelin komandaya qayıdışını təkzib edib

Müəllif: Elçin Zodorov, redaktor

15:55 - 29 Oktyabr, 2016

Ferrari-də çətin günlər keçirən Sebastyan Fettelin komanda başçısı Mauritsio Arrivabene ilə münasiəbtlərinin pis olduğu bildirilir və onun gələn mövsümün sonunda komandadan ayrıla biləcəyi ifadə edilir.

F-1.az xatırladır ki, alman sürücü keçən həftə Kristian Hornerlə uzun müddət söhbət etmiş, bununla da Fettelin Red Bull-a qayıda biləcəyi iddia edilmişdi. Helmut Marko bu iddiaları ABŞ-da təkzib etmişdi. Sky Sports-a danışan Horner də komandada boş yerlərinin olmadığını bildirib.

Kristian Horner: “Bütün sürücülər çox həssas olurlar və komandanın dəstəyinə ehtiyac duyurlar. Hazırda Sebastyan çətinliklərin öhdəsindən gəlməyə çalışır. Red Bull onun üçün fərqli təcrübə idi, Ferrari-də isə üstündə daha çox təzyiq var. Peşman olub-olmadığını ancaq özü bilir. Önümüzdəki bir neçə il üçün sürücülərimiz bəllidir və heç bir boş yerimiz yoxdur”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 191
Teqlər , , ,
Paylaş

logo