K.Horner: “Fettel və Həmilton komanda yoldaşı ola bilməz”

Red Bull komandasının başçısı Kristian Horner bildirib ki, Sebastyan Fettel və Lyuis Həmilton eyni komandada çıxış edə bilməzlər.

F-1.az xatırladır ki, Sebastyan Fettel Red Bull komandasında 5 il Mark Uebberlə komanda yoldaşı olub və 4 dəfə Dünya Çempionu titulunu qazanıb və indi Ferrari-nin şərəfini qoruyur.

Lyuis Həmilton isə iki ildir ki, komanda yoldaşı Niko Rosberqi məğlub edərək, Dünya Çempionu titulunu qazanıb.

Kristian Horner bu iki pilot barədə danışıb: “Vaxtında Lyuis və Sebastyanı eyni komandada yarışdırmaq imkanımız oldu, amma onların eyni komandada yarışması qeyri-mümkün idi.

Biz Sebastyanın ətrafında komanda qurmaq istədik, ona görə də bu fürsət bizim üçün doğru olmazdı.

Lyuis fərqli yol seçdi və mükəmməl nəticələr qazandı. O, özü üçün düz yolu seçdi.

Onları komanda yoldaşı kimi görmək hamıya maraqlı olar. Belə bir halın nəticəsini düşünmək də çətindir. Burada hər şey qarışa bilər. Bir tərəfdə sevinc olduğu halda, digər tərəfdə məyusluq hökm sürə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*