24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:10

K.Horner: “Ferstappen günü-gündən güclənir”

K.Horner: “Ferstappen günü-gündən güclənir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:17 - 27 İyul, 2017

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappen hər yarış özünü təkmilləşdirir və get-gedə güclənir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il keçirilən 10 yarışın 6-da damalı bayrağı görə bilməyib və komanda yoldaşı Rikkardodan çox geriyə düşüb.

Kristian Horner: “Məncə, Maks bu mövsümün əvvəlindən etibarən yetkinləşdi və artıq özünü daha yaxşı göstərir. Hisslərinə daha yaxşı nəzarət edir və bundan başqa sürüş tərzi də inkişaf edib. Öz xarakterini yaratmağa başlayıb və bu, onu hər yarışda gücləndirir. Yarışlarda problem yaşasa da, qısa müddət ərzində özünü yenidən hazırlaya bilir. Mənəvi cəhətdən inkişaf etdiyini görmək çox gözəldir. Silverstounda onun damalı bayrağı görməsinə görə sevincliyəm. Bəxtsizliklərə baxmayaraq, onun üçün yaxşı əhval ruhiyyə oldu. İndi isə yay tətilindən əvvəl Macarıstanda gözəl nəticə almağa ümid edirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 764
Teqlər , , , ,
Paylaş

logo