K.Horner: “Ferrari-yə keçməyi arzulamıram”

Red Bull komandasının rəhbəri gələcəkdə Ferrari-yə keçmək barədə düşünmədiyini, indiki vəzifəsindən razı olduğunu bildirib.

Kristian Horner uzun illərdir ki, Red Bull komandasının başçısıdır və ən yaxşı rəhbərlərdən biri hesab edilir. Ferrari-də isə hər şey bir qədər fərqlidir – Mauritsio Arrivabenenin komandadakı gələcəyi barədə müxtəlif fikirlər səsləndirilir. Onun komandadan gedəcəyi və əvəzinə Hornerin gələ biləcəyi bildirilir.

F-1.az xəbər verir ki, Horner bu xəbərləri təkzib edib: “Ferrari-yə getmək kimi bir arzum və ya xəyalım yoxdur. Red Bull-da xoşbəxtəm və 2020-ci ilə qədər müqaviləm var. Ədrian Nyui gələn il Aston Martin-in layihəsi ilə yanaşı, Formula1-ə də daha çox vaxt ayıracaq. Məqsədimiz və hədəfimiz aydındır: Qarşıdakı bir neçə il ərzində yenidən çempion olmaq istəyirik və bunu bacaracağımıza əminəm”.

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*