K.Horner: “Ferrari-yə çata bilərik”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, mövsüm ərzində Ferrari-yə çata bilərlər və 3 komanda çempionluq uğrunda mübarizə aparacaq.

F-1.az xatırladır ki, mövsümün ilk yarışında Ferrari və Mercedes-dən geri qalan Red Bull komandası Ferstsppen ilə 5-ci yeri tutmuşdu.

Kristian Horner: “Hələ mövsümün əvvəlindəyik və kompensə ediləsi çox vaxtımız var. Fərqli konsept seçdik və bu konseptə uyğun inkişaf potensialımız var. Buna görə də böhrana düşməyin mənası yoxdur. Hər yarış ön qrupa bir az daha yaxınlaşmalıyıq. Ədrian Nyui də komandaya kömək etmək üçün bəzi şeylərin üzərində işləyir. Avstraliyadakı 5-ciliyə baxmayaraq, əlimizdə çoxlu müsbət yönlü məlumatımız var. Onsuz da son illərdə Albert Parkds çox rəqabətədavamlı olmamışıq. Buna görə də bizim üçün fərqli vəziyyət deyil. İşlərin sürətlə inkişaf edəcəyinə əminəm. Bir neçə yarışa aradakı fərqləri daha dəqiq görəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*