K.Horner: “Ferrari və Mercedes eyni komandadır”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Mercedes və Ferrari Formula1-in siyasi mübarizəsində bir komanda kimi işləyirlər.

F-1.az xatırladır ki, Ferrari və Mercedes 2021-ci ildə qüvvəyə minəcək mühərrik reqlamentinə qarşıdırlar. Hətta, hər iki komanda bildirib ki, reqlamentdə bu cür dəyişiklik edilsə, idmandan gedə bilərlər.

Kristian Horner: “Mercedes və Ferrari bir komanda kimi işləyirlər. Bəzən onları səhv salıram. Son illərdə aralarında yaxın münasibət var. Bir-birinin təqdimatlarını da yayımlayırlar.

Formula1-in yeni rəhbərləri idmanın necə olacağına qərar verməlidirlər. Ümid edirəm ki, mövsüm ərzində gedəcəkləri yolu taparlar. Ancaq qruplaşmalar artıq başlayıb”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*