K.Horner: “Bütün diqqətimizi 2017-ci ilə yönəltmişik”

Red Bull komandasının rəhbəri Kristian Horner artıq bütün diqqətlərini 2017-ci ilin maşınının hazırlanmasına yönəltdiklərini, buna baxmayaraq, bu il də bir neçə yenilənmənin olacağını bildirib.

F-1.az xatırladır ki, Red Bull komandası mövsüm ərzində maşınını xeyli inkişaf etdirmiş, Renault motorunun da inkişaf etməsi nəticəsində mühəndislər kubokunda Ferrari-ni üstələmişdi.

Kristian Horner: “Sinqapur Qran Prisi üçün bəzi kiçik yenilənmələr olacaq. Artıq bütün zavod 2017-ci il üçün işləyir. Bu ilki maşın üçün çox kiçik yenilənmələr edəcəyik, amma onlar elə də əhəmiyyətli şeylər deyil. Lakin bu o demək deyil ki, bu mövsüm bizim üçün 2-ci plana düşüb. Mübarizəni davam etdirəcəyik. Sinqapur trası fərqli trasdır. Burada daha güclü olmacağımıza ümid edirik. Ümid edirəm ki, Ferrari-yə daha yaxın olarıq və Montsadan fərqli olaraq, onlara daha çox çətin anlar yaşadarıq.

Montsa saf sürət trasıdır. Mühərriklərdən çox şey asılıdır. Yavaş döngələri və uzun düzlükləri var. Buna görə də orada zəif nəticə göstərəcəyimiz aydın idi. Bir il əvvəlki ilə müqayisədə daha yaxşı yerdəyik, amma yenə də aradakı fərqi bağlamaq üçün qət etməli olduğumuz uzun bir yol var. Biz maşınımıza uyğun traslarda da yarışacağımızı bilirik. Sinqapur, Malayziya, Yaponiya və Meksika bizim güclü ola biləcəyimiz yarışlardır”.

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*