K.Horner açıqlama istəyir

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Fettelin Çin yarışında start mövqeyinə açıqlıq gətirilməlidir.

F-1.az xatırladır ki, Çin yarışına ikinci yerdən başlayan Sebastyan Fettel yarışın startında dayanmalı olduğu xətt yaş olduğu üçün bolidini bir az solda saxlayıb.

Almaniyalı sürücünün bu hərəkəti stüardlar tərəfindən araşdırılsa da, sonda heç bir cəza verilməyib. Fettel belə etməklə startda üstünlük qazana bilməsə də, yerini qoruya bilib.

Kristian Horner: “Bu mövzu barədə əvvəllər danışılıb. Buna açıqlıq gətirilməlidir. O trasın quru tərəfinə keçmək istəyirdi və bunu başa düşmək olar. Amma bu hərəkəti etmək olar? Bu cür qaydalar ağ vərəqdə qara hərflərlə dəqiq yazılmalıdır. Amma heyif ki, belə deyil”.

Fettel isə bu hərəkətini belə izah edib: “Start alacağım yer yaş olduğu üçün orada dayanmaq istəmədim. Qaydalarda onu edə bilməyəcəyim yazılmayıb”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*