14 Dekabr 2017, Cümə axşamı - 13:56

K.Fittipaldi: “AeroScreen bərbad görünür”

K.Fittipaldi: “AeroScreen bərbad görünür”

Müəllif: Rauf Hacıyev, redaktor

14:23 - 24 İyun, 2016

Sabiq Formula1 sürücüsü Kristian Fittipaldi bildirib ki, AeroScreen onun gördüyü ən qorxulu dizaynlardan biridir.

F-1.az xatırladır ki, Formula1-də son illərdə ölümcül qəzalar artıb və sürücülərin başını mühafizə etmək üçün iki fərqli konsept düzəldildi. Mercedes və Ferrari Halo sistemini, Red Bull isə AeroScreen sistemini təkmilləşdirdi. Halo Fİa-nın testlərindən keçdi, amma Aeroscreen uğursuz oldu və Red Bull sistemin inkişafını saxladı.

Emerson Fittipaldinin qardaşı oğlu Kristian Fittipaldi bu qərardan razıdır: “Mən Halonun tərəfdarıyam. AeroScreen sisteminə qaşıyam. Bu Formula1-də olmamalıdır. Bu, həyatımda gördüyüm ən qəribə və ən qorxunc sistemdir. Çox bərbad görünür. Formula1-lə heç bir əlaqəsi yoxdur, Halo Formula1-də olsa, fanlar 3 yarışdan sonra bunu unuda bilərlər. Amma AeroScreen belə deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 200
Teqlər , , , , , ,
Paylaş

logo