Jurnalistlər arasında kartinq yarışı keçirilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşəbbüsü ilə idman jurnalistləri arasında Milli Mətbuat gününə həsr olunmuş kartinq turniri keçirilib.

Tədbir Baku Karting & Event Center-də baş tutub. 30-dan çox jurnalistin qoşulduğu turnirdə F-1.az saytı 2 nəfərlə təmsil olunub.

Turnirin ilk mərhələsində jurnalistlər 6 qrupa bölünərək yarışıblar. Mərhələnin yekununda ən yaxşı nəticə göstərmiş 5 nəfər – Elvin Əhmədov (media.az), Orxan Kərimov (salamnews.org), Fərid Ramazanov (İdman Azərbaycan), Teymur Maksutov (1news.az) və saytımızın əməkdaşı Elçin Zodorov final mərhələsinə yüksəliblər.

Finalda mübarizə gərgin olub. Yekunda ən sürətli dövrəni Fərid Ramazanov vuraraq qalib gəlib – 32.87 saniyə. Elçin Zodorov 33.00 saniyəlik nəticə ilə ikinci yeri tutub. Üçüncü isə Teymur Maksutov olub – 34.34 saniyə.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*