J.Todt testləri qaytarmaq istəyir

Formula1-də mövsümün gedişində testlər 2009-cu ildən qadağan olunub, o zaman bu qadağa dünyanı bürümüş iqtisadi böhran üzündən tətbiq olunmuşdu ki, […]

Formula1-də mövsümün gedişində testlər 2009-cu ildən qadağan olunub, o zaman bu qadağa dünyanı bürümüş iqtisadi böhran üzündən tətbiq olunmuşdu ki, komandaların məsrəfləri azalsın, amma belə radikal tədbirlərin vaxtı arxada qalıb – bu gün səhər İstanbul Parkda KİV üçün təşkil olunmuş brifinqdə FİA-nın prezidenti Jan Todt bildirib ki, testlər qayıdacaq…

Jan Todt: “Mövsümün gedişində testlərin qadağası mənə səhv qərar kimi görünür. Əvvəl heç bir qadağa yox idi, komandalar testlərdə azad idilər, sonra testlərə məhdudiyyətlər qoyuldu, daha sonra isə testlər tam qadağan olundu. Bu düzgün deyil, nəticədə gənc sürücülər təcrübə toplamaq imkanından mərhum oldular və mən bu vəziyyəti dəyişmək üçün əlimdən gələni edəcəm. biz testləri tam azad edə bilmərikŞ amma mövsümün gedişində bir neçə test gününün tezliklə təşkil edəcəyik.

Əgər biz komandaların dəstəyini qazansaq, artıq gələn ildən testlərə qərar verəcəyik – bu həftə biz məsələni Valensiyada Ümumdünya Şurasının iclasında müzakirə edəcəyik. Əgər komandalar bizi dəstəkləməsələr, onda 2013-cü ildən yeni qaydalar bizim qərar əsasən qüvvəyə minəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*