J.Todt GP2 və GP3 seriyalarını başından eləmək istəyir

Hələ Maks Moslinin prezidentliyi zamanı FİA rəsmiləri gənc sürücülərin GP2 seriyasındakı iştirakının baha olmasından narazı idilər. Maks məhz buna görə […]

Hələ Maks Moslinin prezidentliyi zamanı FİA rəsmiləri gənc sürücülərin GP2 seriyasındakı iştirakının baha olmasından narazı idilər. Maks məhz buna görə də Formula2 seriyasının bərpasına icazə vermişdi, amma Maksdan sonra seriya yaşaya bilmədi və bu il təşkilatçılar çempionat keçirməkdən imtina ediblər.

FİA-nın Yarış komissiyasına daxil olan kimi Gerhard Berger yenə də gənc sürücülərin müxtəlif yarış seriyalarının iyerarxiyasını ucuzlaşdırmaq və sadələşdirmək təklifini qaldırıb, axı bugünkü struktur effektiv deyil. FOM-un tabeliyində olan GP2 və GP3 çempionatları son illər büdcələrin yarışını xatırladır, ona görə də ciddi sponsor dəstəyi olmayan gənc sürücülər iraıiləyə bilmirlər və karyeralarını qat-qat ucuz olan Dünya Renault seriyasında davam etdirirlər. Eyni vəziyyət Formula1-də də özünü göstərir: müqavilələrin imzalanması zamanı sürücünün sponosro dəstəyi ön plana çıxır.

FİA bu vəziyyətdən razı deyil və vəziyyəti ardıcıl Formula4-Formula3-Formula2-Formula1 sxemi ilə düzəltməyə çalışır, yəni GP2 və GP3 seriyalarını başından eləyir – bu seriyalar faktiki olaraq Berni Ekklstoun üçün çalışırlar. Bu seriyalar Formula1 uik-endləri zamanı keçirilir və seriyanın qalibi və mükafatçıları əvvəl-axır Formula1-ə düşürlər.

Şayiələrə görə, bu fikri FİA-nın prezidenti Jan Todt dəstəkləyir, amma məsələni sadəcə seriyanı qadağan etməklə həll etmək olmur. Ekklstounun seriyaları federasiyadan asılı deyillər, ona görə də yeganə çıxış yolu sürücüləri daha sərfəli şərtlərlə cəlb etməkdir, məsələn, qalib gələn sürücüyə Formula1 keçmək təminatı verilsin və s. Hazırda FİA bu məsələ üzərində işləyir…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*