J.Todt: “FİA siyasətə qarışmamalıdır”

Bir çoxları FİA-nın Bəhreyn Qran Prisinin keçirilməsi barədə qərarını tənqid edirdi, amma federasiyanın prezidenti Jan Todt qərarın düzgünlüyünə şübhə etmir… […]

Bir çoxları FİA-nın Bəhreyn Qran Prisinin keçirilməsi barədə qərarını tənqid edirdi, amma federasiyanın prezidenti Jan Todt qərarın düzgünlüyünə şübhə etmir…

Jan Todt: “Əlbəttə, iğtişaşlarda əhalinin çoxunun iştirakı məni məyus edərdi, amma əhalinin cəmi 10%-i mitinq edir. Bəs nəyə görə əhalinin 90%-i bu halda əziyyət çəkməlidir. Mən cavabım – xeyr, heç kim əziyyət çəkməməlidir. Mən deyirəm ki, ölkədə çoxluq yarışın keçirilməsini dəstəkləyir.

Təəssüf ki, KİV azlığın hər addımına böyük diqqət ayırır – məncə, bu düzgün deyil. Mən əminəm ki, jurnalistlərdən də çoxu hesab edir ki, daha böyük diqqəti idmana ayırmaq vaxtıdır. Demokratiyanın da mahiyyəti budur, hamı istəyir ki, həyat davam etsin, idman inkişaf etsin, axı onlar bundan zövq alırlar.

Əlbəttə, deməliyəm ki, Bəhreyn qərarını federasiya yekdilliklə qəbul etməyib. Burada baş verənlərə görə narahat olanlara yazığım gəlir, amma biz faktlarla yaşamalıyıq. Bu gün səhər Sauber komandasının başçısı Peter Zauberlə danışdım – o dedi ki, özünü istənilən Avropa ölkəsində olduğu kimi rahat hiss edir.

Mən həqiqətən siyasətdən kənar qalmaq istəyirəm – bu FİA-nın işi deyil, ümumiyyətlə, istənilən beynəlxalq idman federasiyası siyasətdən uzaqdır. 2008-ci ildə Pekində Olimpiya oyunlarında eyni vəziyyət yaşanmışdı, FİFA da eyni halla üzləşmişdi. Biz siyasətə qarışmamalıyıq.

Formula1 Qran Prisi idman yarışıdır. Əgər bu yarış vəziyyəti düzəltməyə kömək edəcəksə, bu, idman üçün yaxşıdır. Mən Nelson Mandelanın maraqlı şərhini eşitdim: o, bütün dünyada problemlərin həllində idmanın rolundan danışırdı. Bəhreynə kömək etmək mənim üçün böyük şərəfdir. Əgər problemlər bu yarışla həll olunarsa, mən bununla fəxr edərəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*