J.Lopes Sennanın əlcəklərini alıb

Biz artıq xəbər vermişdik ki, Britaniyanın Motor Sport jurnalı Formula1-in mexanikərinə yardım Xeyriyyə fondu ilə birlikdə maraqlı bir hərrac keçirməyə […]

Biz artıq xəbər vermişdik ki, Britaniyanın Motor Sport jurnalı Formula1-in mexanikərinə yardım Xeyriyyə fondu ilə birlikdə maraqlı bir hərrac keçirməyə hazırlaşır – hərracın bütün lotlar Formula1-lə əlaqədar olacaq.

Lotlar arasında əfsanəvi Ayrton Sennanın əlcəkləri xüsusi yer tuturdu – braziliyalı sürücü bu əlcəklərlə 1991-ci ildə üçüncü titulunu qazanmışdı.

Dünən Londonda hərrac baş tutub və Britaniya mətbuatının berdiyi xəbərə görə, Sennanın əlcəklərini Lotus komandasının həmsahibi Jerar Lopes 22 min funt sterlinqə alıb. Hərraca əlcəklər McLaren komandasının keçmiş koordinatoru və Sennanın yaxən dostu Co Ramires tərəfindən verilmişdi.

Pitpass saytının yazdığına görə, Lopesin əlcək üçün belə ciddi məbləğ ödəməsi Ramiresi təəccübləndirib. Hərracda ümumilikdə 92 min funt vasit toplanıb…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*