J.E.Vernə xəbərdarlıq elan olunub

Bəhreyn Qran Prisinin stüardları sıralanma turunda baş vermiş insidenti araşdırıblar – Jan Erik Vern FİA-nın stüardlarının siqnalına məhələ qoymayıb və […]

Bəhreyn Qran Prisinin stüardları sıralanma turunda baş vermiş insidenti araşdırıblar – Jan Erik Vern FİA-nın stüardlarının siqnalına məhələ qoymayıb və tərəzidə çəkilmə proseduruna getmək əvəzinə boksa gedib.

Sürücü pit-leyndə olarkən onun qarşısında qırmızı işıq yandırılıb, amma sürücü komandasının boksuna tərəf getməyə davam edib. Komanda dərhal sürücünün səhvini başa düşüb və onu düzəltməyə çalışıb – FİA-nın texniki xidmətinin nəzarəti altında maşını tərəziyə qaytarıb. Nəticədə sürücü sadəcə xəbərdarlıqla canını qurtarıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*