J.Byanki çempion olub

Felipe Massanın Florianopolisdə təşkil etdiyi turnirin ikinci günü Beto Carrero kartodromunda GP2 seriyasının braziliyalı sürücüsü Felipe Nasr qələbə qazanıb, amma […]

Felipe Massanın Florianopolisdə təşkil etdiyi turnirin ikinci günü Beto Carrero kartodromunda GP2 seriyasının braziliyalı sürücüsü Felipe Nasr qələbə qazanıb, amma iki yarışın ümumi yekununa görə Jül Byanki çempion olub: bu gün Jül 8-ci yerdən start alıb, amma yarışı 4-cü yerdə başa vurub.

Bu gün podiuma yalnız braziliyalılar çıxıblar: Nelsinyo Pike ikinci, Beto Monteyru üçüncü olub. Vitantonio Liutsi günü beşinci yerdə başa vurub. Altıncı Lukas di Qrassi, yeddinci Sebastyen Buemi olub. Turnirin sahibi və təşkilatçısı Felipe Massa isə 8-ci yerdə qərarlaşıb. Onun Ferrari-də komanda yoldaşı Fernando Alonso yarışı 18-ci yerdə başa vura bilib.

Byankinin azarkeşlərindən biri dərhal Twitter-də maraqlı fikir səsləndirib: “Jül Ulduzlar Yarışının qalibi oldu: Roman Qrojan Çempionlar Yarışını qazandıqdan sonra olduğu kimi, bəlkə sabah onun müqaviləsi elan olunacaq?”

Xatırladaq ki, keçən ilin sonunda Qrojan Çempionlar Yarışında qələbə qazandığı günün səhəri Lotus komandası sürücünün daha bir il komandada qalmasını təsdiq etmişdi. Çox güman ki, söhbət Byankinin Force İndia komandası ilə müqaviləsindən gedir…

byan-3

, , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*