19 Noyabr 2018, Bazar ertəsi - 14:01

J.Vilnöv: “Williams son nəfəsini verir”

J.Vilnöv: “Williams son nəfəsini verir”

Müəllif: Rauf Hacıyev, redaktor

09:21 - 19 Avqust, 2018

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Lourəns Stroll əfsanəvi Williams komandasının tabutuna son mismarı vurub.

F-1.az bildirir ki, Lourəns Stroll oğlu Lənsin inkişafı üçün Williams komandasına sərmayə qoymuş və komandaya çoxlu sponsor cəlb etmişdi. Lakin kanadalı iş adamı artıq Force İndia komandasını satın alıb və bu da Britaniya komandasının sponsorları itirməsi deməkdir. Bundan başqa, Martini də gələn il Williams komandası ilə yollarını ayıracaq.

Jak Vilnöv: “Həm Lourənsi, həm də titul sponsorunu itirmək tabutadakı son mismar olacaq. Bundan başqa əlavə gəlirlərdən də olacaqlar, çünki hazırda sonuncu yerdədirlər. Pullu sürücülər belə orada pul xərcləmək istəmirlər. Force İndia hazırda Williams-dan yaxşı alternativdir. Bu il pulları olmadığı üçün inkişafı saxladılar. Lourəns isə markaları həmişə böyüdüb. Bu da onun güclü tərəflərindəndir. Williams-da bunu edə bilmədi. Amma Force İndia-da bacaracaq. Onlara kömək edəcək. Force İndia rəqibləri Williams-ın əksinə yarış komandası olaraq qaldı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 104
Teqlər , ,
Paylaş

logo