11 Dekabr 2018, Çərşənbə axşamı - 08:40

J.Vilnöv: “Williams özünü satdı”

J.Vilnöv: “Williams özünü satdı”

Müəllif: Rauf Hacıyev, redaktor

11:10 - 30 Dekabr, 2017

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Williams komandası puldan başqa heç nə düşünmür.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası 2011-2013-cü illərdə Pastor Maldonadonu yarışdırmış və buna görə sponsorlardan ilinə 50 milyon dollar pul qazanmışdı. Hazırda Ləns Stroll da oxşar formada Williams-da yarışır və komandaya ilə 30 milyon avroya yaxın pul qazandırır.

Kanadalı sürücü mövsümün ilk 3 yarışında mübarizəni vaxtından əvvəl dayandırdığı üçün Formula1 ictimaiyyətinin tənqid hədəfinə çevrilmişdi. 19 yaşlı sürücü Kanadada ilk xallarını qazandıqdan sonra Bakıda podiuma yüksələrək karyerasının ilk podiumunu əldə etdi. Lakin Lənsin həmyerlisi Jak Vilnöv bu nəticələrdən razı deyil: “1997-ci ildə Dünya Çempionu olduğum komandanın bu hala düşməsi məyusedicidir. Williams ruhunu milyarder Lourens Strolla satdı. Başqa açıqlaması yoxdur. Lourensin tək istəyi Lənsi gücləndirməkdir. Mənə Bakını deyirlər. Orada podiuma yüksəlsə də, Massa mübarizəni dayandırmamışdan əvvəl ondan sürətli idi. Ləns isə mövsüm ərzində heç nə etmədi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər , ,
Paylaş

logo