J.Vilnöv: “Vandorn bizi məyus etdi”

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Stoffel Vandornun performansı onu məyus edib.

F-1.az xatırladır ki, belçikalı sürücü bütün sıralanma turu sessiyalarında Alonsoya məğlub olub və hələ də xal qazana bilməyib.

Jak Vilnöv: “İndiyə kimi əsl fiasko oldu, çünki Alonsoya qarşı özünü göstərə bilmədi. Əgər Alonsoya qarşı heç nə edə bilmirsinizsə, onda çox yaxşıdır deyə bilmərik. Mən 1996-cı ildə debüt edəndə komanda yoldaşım Hillə qarşı özümü göstərə bilmişdim və ilk yarışımda poul qazanmışdım. Formula1-də gözləntiləri yüksək tutmaq lazımdır”.

Lakin, sabiq Formula1 sürücüsü Martin Brandl Vandornu dəstəkləyib: “İlk 6 yarış barədə yazılacaq heç nə yoxdur. Amma onun istedadına şübhə ilə yanaşmaq olmaz. Nəticədə onun yaşda birisi qalib gəlməyi unuda bilməz. Digər kateqoriyalarda bunu bacardı. Onu tənqid etmək düzgün deyil, çünki yaxşı bolidi yoxdur. Stoffelə inanmağa davam edirəm və əminəm ki, McLaren-in də elə etdiyinə əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*