J.Vilnöv: “Vandorn Alonsonu məğlub etməlidir”

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Vandorn yeni mövsümdə Alonsonu məğlub etməyə fokuslanmalıdır.

F-1.az xatırladır ki, qış testləri McLaren komandası üçün pis keçib. Komandanın heç bir sürücüsü 8 günlük test müddətində ardıcıl 11 dövrə gedə bilməyib.

Jak Vilnöv: “Stoffel üçün asan mövsüm olmayacaq. Amma mən əminəm ki, əlindən gələni edəcək. Onun bu il əsas hədəfi Fernando Alonsonu məğlub etmək olmalıdır. Stoffel artıq peşəkar sürücüdür və komanda yoldaşı ilə bərabər şəraitdə yarışacaq. Əsla çəkinməməlidir.

Fernando çox güclü sürücüdür. Əvvəlki komanda yoldaşları onu məğlub etməkdə çətinlik çəkdilər. Vandorn da Alonsonun təcrübəsindən faydalana bilər. Onun üçün əlverişli şəraitin olacağına inanıram. Əgər komanda yoldaşı gənc sürücü olsaydı, onu məğlub etməyin mənası olmazdı. Amma Fernando kimi bir sürücünü keçsəniz, hamı sizə hörmər edər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*