18 Oktyabr 2017, Çərşənbə - 22:25

J.Vilnöv: “Toro Rosso səhv etdi”

J.Vilnöv: “Toro Rosso səhv etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

17:17 - 25 Sentyabr, 2017

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Toro Rosso komandası Honda mühərriyinə keçməklə böyük səhv edib.

F-1.az xatırladır ki, italyanlar gələn ildən etibarən Honda mühərriklərindən istifadə edəcəklər.

Jak Vilnöv: “Toro Rosso komandasının bu qərarını anlamıram. Son 3 mövsümdə McLaren-in yaşadıqlarını görsələr də, bu qərarı vermələri qəribə oldu. Düzdür, Honda əlavə gəlir gətirir. Amma pula görə komandanın daha yavaş mühərriyə keçməsi mənasızdır. Mən inanmıram ki, onlar yaxşı nəticə qazansınlar. Böyük qumar oynadılar. Renault ilə uğur qazana bilərdilər. Mühərrik dəyişilirsə, komandada köklü dəyişiklər olmalıdır. Toro Rosso bu büdcəylə çətin nəsə etsin”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 801
Teqlər , ,
Paylaş

logo