J.Vilnöv: “Stroll çox güclüdür”

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv 18 yaşlı həmyerlisi Ləns Strollun Avropa Formula3 seriyasındakı performansından təsirlənib.

F-1.az xatırladır ki, Ləns Stroll Williams komandası ilə 2017-ci ildə Formula1-də debüt etməyə hazırlaşır. 18 yaşlı sürücünün atası Lourens Stroll oğlunun Formula1-ə yaxşı hazırlaşması üçün 80 milyon avroluq test büdcəsi ayırıb.

Ləns Stroll Formula1-dəki debüt mövsümündə Felipe Massanın komanda yoldaşı olacaq.

Jak Vilnöv: “Ləns özünü ən yaxşı tərəfdən göstərəcək. Buna şübhə etmirəm. Təbii ki, atası milyarder olduğu üçün insanlar onun pul hesabına burada olduğunu düşünəcəklər. Amma aşağı seriyalarda etdiklərini görsələr, belə danışmazdılar. Pul buralara gəlmək üçün əla fürsət təqdim edə bilər, amma əsas onun istedadıdır. İndiki dövrdə Formula1-də uğurlu olmaq üçün daha çox şeyə ehtiyac var və inanıram ki, qısa müddət ərzində hər şeyi öyrənəcək. O çox sürətli sürücüdür və əvvəllər onunla bir neçə dəfə görüşə bilmişdim. Ona ümidim çoxdur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*