23 Noyabr 2017, Cümə axşamı - 11:38

J.Vilnöv: “Karyeram ərzində çox səhv etdim”

J.Vilnöv: “Karyeram ərzində çox səhv etdim”

Müəllif: Rauf Hacıyev, redaktor

15:26 - 11 Fevral, 2016

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu olan Jak Vilnöv bildirib ki, o, Formula1 karyerası ərzində bir neçə dəfə xəta edib…

F-1.az xatırladır ki, Vilnövün Formula1 karyerası 1996-cı ildə Williams komandası ilə başlayıb. O 1997-ci ildə Dünya Çempionu titulunu qazanın. Kanadalı sürücü daha sonra BAR, Renault və Sauber BMW komandalarında çıxış edib və 2006-cı ildə F1 karyerasını bitirib.

Vilnöv öz karyerasını dəyərləndirib: “Heç nəyə görə peşman deyiləm, amma karyeramla bağlı bəzi səhvlər etdim. Məsələn, 2002-ci ildə Renault-dan təklif gəlməsinə baxmayaraq, BAR komandası ilə müqaviləmi yenilədim. Bu mənim ən böyük səhvim idi”.

Qeyd edək ki, Renault komandasının sürücüsü Fernando Alonso 2005-ci və 2006-cı illərdə Dünya Çempion titullarını qazanmışdı.

Kanadalı sürücü 1997-ci ildə də səhv etdiyini deyib: “1997-ci ildə çempion olandan sonra McLarendən transfer təklifi aldım. Ədriən Nyui məndən xahiş etdi ki, BAR komandasına getməyim, McLaren-ə qoşulum. O Williams-da mənim nələrə qadir olduğumu görmüşdü. Məni sevirdi və bir-birimizə hörmət edirdik”.

McLaren komandasınin sürücüsü Mika Həkkinen isə 1998-ci və 1999-cu illərdə Dünya Çempionu titullarını qazanmışdı.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 292
Teqlər , , , , ,
Paylaş

logo