J.Vilnöv: “Hülkenberq qorxağın biridir”

Sabiq Formula1 sürücüsü Jak Vilnöv eks komanda yoldaşı Alonsonu dəstəkləməyən Niko Hülkenberqi tənqid edib.

F-1.az xatırladır ki, Fernando Alonso Monako yarışından imtina edərək, İndy500 yarışında debütü seçib. Bəzi sürücülər ispaniyalının bu qərarına dəstək verdiyi halda, bəziləri tənqid etmişdi. Tənqidçilərdən biri də Hülkenberq idi. Almaniyalı sürücü bu cür seriyada yarışmaq istəmədiyini söyləmişdi.

Jak Vilnöv: “Alonso bu hərəkəti ilə əsl yarışçı olduğunu göstərdi”.

Jurnalistlər 1997-ci ilin Dünya Çempionuna, – “əsl yarışçı deyərkən nəyi nəzərdə tutursunuz?”, – sualını veriblər: “Bu barədə fikir bildirənləri dinləyin. Alonsonun qərarı ilə bağlı Qrojanla Hülkenberqi dinlədim. Hülkenberq dedi ki, bu təhlükəlidir və heç vaxt orada yarışmaz. Le Manın jsə fərqli olduğunu dedi. Bu, mənə bəhanə kimi gəlir. İki tip sürücü var – Alonso tipi və Rosberq tipi. Hülkenberq əsl Rosberqdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*