J.Vilnöv: “Formula1 azarkeşlərə qulaq asdıqdan sonra maraqsızlaşdı”

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, çempionatın təşkilatçıları şounu daha maraqlı etmək üçün azarkeşləri dinləməkdə böyük səhv ediblər.

F-1.az xatırladır ki, 2011-ci ildən bəri ötmələri asanlaşdırmaq üçün DRS-dən (Drag Reduction System – Havaya qarşı müqaviməti azaldan sistem) istifadə olunur.

1997-ci ilin Dünya Çempionu DRS-i tənqid edib və sistemin ötmə sənətini öldürdüyünü deyib. Kanadalı əlavə edib ki, artıq sürücülər rəqibini ötmək üçün yol axtarmırlar: “Formula1 fanatlara qulaq asdıqdan sonra korlandı. Fanatlar keçidlərin az olmasından şikayətlənirdilər.

Bəs F1 bunu dinləyərək nə etdi? DRS-i gətirdi. Çünki bunun hesabına bir yarışda yüzlərlə ötmə olacaqdı. DRS-dən sonra xatırladığınız bir ötməni mənə deyin. Deyə bilməzsiniz. Çünki sürücülər çətinlik çəkmirlər. Motosiklet yarışlarında sürücülər bir ötmə etmək üçün 10 dövrə mübarizə aparırlar və bu müddət ərzində çəkdiyi əziyyəti görürsünüz. Sürücü 10 dövrə ərzində tikan üstündə olur və buna görə də daha effektiv olur.

Amma Formula1-də vəziyyət belə deyil. Düzlükdə bir düyməyə basırsınız və ötmə hazırdır. Mükəmməl mübarizə görmək istəyirsiniz. Yarışcıların bir-birlərini incitmələrini və kimin daha güclü olduğunu görmək istəyirsiniz.

Siz istəmirsiniz ki, boksçuların daha böyük əlcəkləri olsun. Onda bir-birlərini incidə bilməzlər. DRS də belədir. Riskə getməyək və bir düyməyə basaq. Bu maşın yolundakı ötmələrə bənzəyir. Buna görə də yaxşı yarış izləyə bilmirik. O qədər ötmə olur, amma darıxdırıcı olur. Buna görə də zövq ala bilmirik”.

Vilnöv əlavə edib ki, Formula1 dəlisov keyfiyyətini itirib. Sürücülər təkərlərə görə qənaət rejimində sürdüyü üçün məyus olduğunu bildirib: “Formula1 həmişə ekstrim idman növü olub. Formula1 bahalı və dəlisov olmalıdır. Ancaq hazırda elə deyil. Sürücülər tərləmədən boliddən düşürlər. Çünki yarış ərzində boliddə masaj edirlər. Ancaq sıralanma turunda 8 saniyə tam qüvvə ilə sürürlər. Bu doğru deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*