J.Vilnöv: “Fettel Lekleri diri-diri yeyəcək”

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Ferrari növbəti mövsümdə də Rəykkönenlə davam etməlidir.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün daha birillik müqavilə bağlaması gözlənilir. Lekler də komandanın alternativləri arasındadır.

Jak Vilnöv: “Rəykkönen əla iş görür və hazırda üçüncü yerdədir. Bəzən Fetteldən sürətli olur. Bunu edə bilməyəndə isə cəmi 0.1 saniyə geridə qalır. Bolidin inkişafı da vacib amildir və bu işdə Kiminin əməyi çox böyükdür. Bütün komanda artıq əla işləyir. Fettelin yanında gənc sürücü qoysalar, onu canlı-canlı yeməyə çalışacaq. Ya gənci məhv edəcək, ya da Fettel üçün pis olacaq. Belə olan halda isə bütün komanda iki il ərzində yavaşlayacaq. Bu da yaxşı olmaz. Şarl hələ də səhvlər edir. Ferrari də Mercedes kimi sürücü hazırlayan komanda deyil. Sürücüləri ən güclü zamanlarında alıb maaşlarını ödəyirlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*