J.Vilnöv: “Bottas utanmalıdır”

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Bottasın Braziliyadakı performansı utancverici olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, startda ikinci yerə geriləmiş və sona qədər Fettelə hücum edə bilməmişdi.

Jak Vilnöv: “Fettel mükəmməl yarışdı və startda qələbə qazandı. Aqressiv sürdü. Mercedes-in tempini bilmək üçün Lyuisə baxın. Sonra da Bottasa. O, Lyuis səviyyəsində deyil və əsl utanmalı vəziyyətdədir. Lyuis yarışa pit yolundan başlasa da, sonda Bottasdan 3 saniyə geridə qalırdı. Bu, doğrudan da utancverici haldır. Həmilton kimi sürətli deyil. Bütün mövsüm zəif idi. O, çox yaxşı ikinci pilotdur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*