J.Vilnöv: “Bottas çempionluğa hazır deyil”

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Bottas psixoloji cəhətdən çempionluq uğrunda mübarizəyə hazır deyil.

F-1.az xatırladır ki, Bottas Rusiyada ilk qələbəsini qazandıqdan sonra hədəfinin çempionluq olduğunu bildirmişdi.

Jak Vilnöv: “Sözün açığı, Valtterinin yarış qazanmasına bir az təəccübləndim. Təbii ki, işin ən çətin hissəsi bundan sonra başlayır. Nələr olacağını səbirsizliklə görmək istəyirəm. Soçi onsuz da Bottasın sevdiyi traslardan idi və böyük komandalarla burada qələbə ehtimalı çox idi. Bütün yarışlarda Lyuisi belə fərqlə məğlub edə bilməz. Hazırda xoşbəxtdir, amma çempionluq uğrunda mübarizəyə hazır olduğuna əmin deyiləm. Nəticədə bunun üçün psixoloji cəhətdən hazır olmalısınız. Bunu da zaman göstərəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*