J.Vilnöv: “Azərbaycandakı podium Strollun zəif keçmişini unutdurmayacaq”

Formula1 üzrə 1997-ci ilin Dünya Çümpionu Jak Vilnöv bildirib ki, yerlisi Ləns Stroll Azərbaycanda podiuma yüksəlsə də, onun ilk yarışlardakı bərbad performansı unudulmayacaq.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü ilk 6 yarışda xal qazana bilmədikdən sonra Kanadada şeytanın qıçını qırmış, Azərbaycanda isə podiuma yüksələrək, hamını təəccübləndirmişdi.

Jak Vilnöv: “Monreala qədər həmişə məyusedici olduğunu dedim. Amma həmişə qeyd etdim ki, qatıldığı bütün seriyalarda qalib gəlib və böyük ehtimalla burada da belə olacaq. Amma yaxşı vəziyyətdə olmadığınız zaman bunu qəbul etməlisiniz. Buna görə də insanların bu qədər məyus olmasını anlamıram. Massadan 1 saniyə geridə qaldığı zaman heç kəs ona ən yaxşıdır deyə bilməz.

Monrealdakı xallar ona kömək etdi. Kanadada sürətli deyildi, lakin hamı problem yaşadığı halda, o problemlərdən uzaqda durdu və xal alaraq çiyinlərindəki yükü yüngülləşdirdi. Bunu Azərbaycanda görə bildiniz. Hamı bir-birinə çırpıldığı halda, o belə etmədi. Komanda yoldaşı da problem yaşadı. Bəli, bəxti gətirsə də, sürətli idi. Axmaqlıq etməyərək, podiuma yüksəldi”.

Stroll Bakı yarışına qədər Massadan çox geridə qalsa da, Williams komandası Kanada yarışından sonra Strolla 2014-cü ilin bolidi ilə test etdirmişdi. Komanda bildirmişdi ki, test debütant sürücüyə çox kömək edib.

Jak Vilnöv: “Əla iş görsə də, yarışlar arasında test edən yeganə sürücüdür. Bunu qəbul etmək çətindir. Pulun da bir həddi olmalıdır. Bakıda ilk dəfə sükan arxasında rahat görünürdü. Normal sürürdü. Bunu niyə pis mənada tənqid edim?

Keçən ilə baxın. Ferstappeni də keçən il lazım olanda tənqid edirdim. Ləns güclənəndə mən də müsbət fikirlər səsləndirirəm. Daha əvvəl dediklərim barədə geriyə addım atmayacam, çünki o zaman bu səviyyədə deyildi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*