21 May 2018, Bazar ertəsi - 06:53

J.Vilnöv: “Alonso qürurunun cəzasını çəkir”

J.Vilnöv: “Alonso qürurunun cəzasını çəkir”

Müəllif: Rauf Hacıyev, redaktor

08:50 - 02 Mart, 2016

Eks F1 sürücüsü Jak Vilnöv bildirib ki, Alonso hazırda qürurunun cəzasını çəkir…

F-1.az xatırladır ki, Fernando Alonso Ferrari-də 5 il çıxış edib. İspaniyalı sürücü çempionluğu iki dəfə son yarışda əldən verib və 2014-cü ilin sonunda McLaren Honda komandasına transfer olub.

Amma Ferrari komandası 2015-ci ildə 3 yarış qazandığı halda, Mclaren Honda ən zəif ikinci komanda olub.

Vilnöv eks komanda yoldaşı Fernando Alonso barədə fikirlərini bildirib: “Verdiyi qərar çox riskli idi, amma ildə 30 milyon qazandığını fikirləşsək, ona yazıq deyə bilmərik.

O məbləğə heç bir sürücü yox deməz, amma Alonso Ferrari-yə acıq etməsinin cəzasını çəkir.

O deyir ki, mən doğru seçim etmişəm, amma mən inanmıram ki, o elə düşünür. Fettel Ferrari-yə xoşbəxtlik gətirdi. Komandaya ondan çox xeyir verir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər , , , ,
Paylaş

logo