21 Yanvar 2018, Bazar - 16:17

J.Todt yenidən FİA-nın prezidenti seçilib

J.Todt yenidən FİA-nın prezidenti seçilib

Müəllif: Elçin Zodorov, redaktor

09:01 - 09 Dekabr, 2017

Jan Todt dekabrın 8-də FİA-nın Baş Assambleyasının Parisdə keçirilən iclasında növbəti dəfə və yekdilliklə prezident seçilib. O, 2021-ci ilə qədər bu vəzifəni daşıyacaq, lakin daha sonra tətbiq olunan məhdudiyyətə görə namizədliyini irəli sürə bilməyəcək.

F-1.az xəbər verir ki, prezidentliyə yeganə namizəd olan fransız mütəxəssis seçki başa çatdıqdan sonra assambleya qarşısında çıxış edib: “Belə hərtərəfli dəstək almaq sevindirici haldır. FİA-nın bütün üzvlərinə minnətdaram. Bu nəticəni mənimlə işləyən hər kəsin getdiyimiz yolun doğruluğuna inanması kimi qəbul edirəm və son 8 ildə gördüyüm işləri davam etdirmək üçün səbirsizlənirəm.

Hədəfim FİA-nı mümkün olan ən yaxşı mövqeyə çatdırmaq üçün daha güclü, daha etibarlı  bütün dünyanın hörmət bəslədiyi qurum etməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 88
Teqlər ,
Paylaş

logo