J.Todt: “Yeni bolidlər bahalıdır”

FİA-nın prezidenti Jan Todt bildirib ki, yeni bolidlər əvvəlkilərə nisbətən bahalı və mürəkkıbdir.

F-1.az xatırladır ki, yeni bolidlərdə təkərlərin 25 faiz enlənməsi ilə asfaltayatma qüvvəsi artıb.

Jan Todt: “Son illərdə Formula1-də tək komanda hegemonluq edirdi. Bu həm bizim, həm də azarkeşlərin istədiyi şey deyil. İlk yarışda gördük ki, Ferrari artıq Mercedes-lə eyni tempdə gedir. Amma bu iki komandadan sonra 2 saniyəlik bir fərq yaranır və bu çoxdur. Məqsədimiz bütün komandalar arasında fərqin bir saniyənin altında olmasıdır.

Avtoidmanda ötmə etmək həmişə çətin olub. Bunu həll etmək asan deyil, amma vəziyyət çox da dramatik deyil. Liberty-nin rəhbər olması gözəl oldu. Çünki gələcəyi düşünürlər. İndidən çoxlu plan qurdular və yaxın gələcəkdə idmanı daha yaxşı vəziyyətə gətirəcəklər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*