23 Aprel 2018, Bazar ertəsi - 23:11

J.Todt: “Şumaxerin üzərində təzyiq qurmaq olmaz”

J.Todt: “Şumaxerin üzərində təzyiq qurmaq olmaz”

Müəllif: Rauf Hacıyev, redaktor

16:17 - 31 Yanvar, 2017

FİA-nın prezidenti Jan Todt bildirib ki, karyerasındakı pillələri güclü addımlarla dırmanan Mik Şumaxerə təzyiq göstərmək doğru olmaz.

F-1.az xatırladır ki, Mik Şumaxer bu ildən etibarən Formula3-də Prema komandasında çıxış edəcək. Əfsanəvi Mixael Şumaxerin oğlu Mercedes-in gənc sürücü proqramına qoşulub.

Jan Todt: “Mik yaxşı oğlandır. Onu uşaqlığından bəri tanıyıram və çox istəyirəm. Mənim tək istəyim odur ki, insanlar onun üzərində böyük təzyiq yaratmasınlar. Hələ çox gəncdir və karyerasını formalaşdırmaq üçün önündə çox uzun yol var. Bu mövsüm Prema komandası ilə göstərəcəyi performans onun üçün çox vacib olacaq.

Avropa Formula3 seriyasından birbaşa Formula1-ə keçən çoxlu sürücülər gördük. Mik də özünü burada isbat etsə, o şansı əldə edə bilər. Təbii ki, təkbaşına inkişaf edə bilməz, amma ətrafındakı insanlar onun üzərində təzyiq yaratmadan kömək etməlidirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 275
Teqlər , , ,
Paylaş

logo