J.Todt: “Peletonda 12 komanda olmasını istəyirik”

FİA-nın prezidenti Jan Todt bildirib ki, Formula1-də əvvəlki illərdə olduğu kimi 12 komandanın iştirak etməsini istəyir.

F-1.az xatırladır ki, 2012-ci ildə peletonda 12 komanda var idi, lakin 2013-cü ildə HRT, 2015-ci ildə Caterham, 2017-ci ildə isə Marussia Formula1-dən çəkilməli olmuşdular.

Jan Todt: “Hazırda peletonda 10 komanda var, lakin rəqabətədavamlı komandalar idmana daxil olmaq istəsələr, qətiliklə bunu dəyərləndirəcəyik. Haas yeni komandalar arasında hələki ən uğurlusu olub, çünki yaxşı heyət formalaşdırmışdılar. Bu gün istəyirik ki, onlar başqa komandalara nümunə olsunlar. 12 komanda rəqabətin artması üçün əla olar. Eyni zamanda mübarizənin artması insanlar üçün də yaxşı olacaq. 2018-ci ildə yeni komanda gözləmirik. Onsuz da bir komandanın 8 ay ərzində formalaşması mümkünsüzdür”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*