J.Todt: “Papa da Şumaxer üçün dua edir…”

Ferrari-nin sabiq rəhbəri, indi isə FİA-nın prezidenti olan Jan Todt Roma papası Frasisdən Şumaxer üçün dua etməsini xahiş edib...

F-1.az xəbər verir ki, iki il əvvəl xizək sürərkən yıxılan 7 qat dünya çempionu haqqında o gündən sonra olduqca az xəbər verilib. Onun indi hansı vəziyyətdə olduğu barədə heç bir məlumat yoxdur.

Jan Todt: “Papadan xahiş etdim ki, Mixael üçün dua etsin. Məmnunuyyətlə qəbul etdi. Onun haqqında məlumatlı idi. Hamı bilir ki, o mənə çox yaxın idi. O, ailəmin bir parçası idi. Papa ilə görüşüm barədə Korinna Şumaxerə də zəng edərək məlumat vermişəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*