J.Todt: “Ferrari-nin veto qoymaq səlahiyyəti əlindən alınmalıdır”

FİA-nın prezidenti Jan Todt bildirib ki, Ferrari-nin veto qoymaq səlahiyyəti əlindən alınmalıdır.

F-1.az xatırladır ki, “qırmızılar” Formula1 yaranandan bütün çempionatlarda iştirak etdikləri üçün bütün qaydalara veto qoymaq səlahiyyətinə malikdirlər.

Jan Todt: “Veto qoymaq səlahiyyəti Entso Ferrari zamanında verilmişdi. O dövrlər idman Maranellodan asılı idi. Hamı Ford mühərriyi istifadə edəndə şassi və mühərrik istehsal edən yeganə komanda idilər. Avtoidmanın silikon vadisindən uzaq olduğu üçün qorunmağa ehtiyacı var idi. Artıq mən bu qərarı dəstəkləmirəm. Zaman dəyişib. FİA-dakl bir toplantını xatırlayıram. Bütün kommersantlar və komandalar orada idi. Ferrari-nin veto səlahiyyətini soruşdum və hamısı problem olmadığını dedi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*