23 Noyabr 2017, Cümə axşamı - 11:42

J.E.Vernin Ferrari-dəki vəzifəsi dəyişir

J.E.Vernin Ferrari-dəki vəzifəsi dəyişir

Müəllif: Rauf Hacıyev, redaktor

12:28 - 06 Fevral, 2016

Ferrari-də simulyator üzrə development-pilot olan Jan Erik Vern bildirib ki, 2016-cı ildə onun Ferrari-dəki vəzifəsi dəyişəcək…

F-1.az xatırladır ki, Jan Erik Vern 2012-2014-cü illərdə Toro Rosso komandasında çıxış edib. 2014-cü ilin sonunda fransalı sürücünün Toro Rosso ilə yolları ayrılıb və Ferrari komandasının test sürücüsü olub.

Vern Ferraridəki vəzifəsinin dəyişilə biləcəyini deyib: “İşlər bir az dəyişəcək. Yeniliklər tezliklə açıqlanacaq.

Bəlkə Esteban Qutyerresin yerinə keçdim. Görəcəyik”.

Qeyd edək ki, Esteban Qutyerres 2015-ci ildə Ferrari-nin ehtiyat sürücüsü olub. Meksikalı pilot 2016-cı ildə Haas komandasında yarışacaq.

Əlavə edək ki, Jan Erik Vern həm də Formula E seriyasında yarışır. Fransalı sürücü Virgin komandasının şərəfini qoruyur.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 357
Teqlər , , , , ,
Paylaş

logo