J.E.Vern: “Hartlinin heç nəyi yoxdur”

Sabiq Formula1 sürücüsü Jan Erik Vern bildirib ki, Formula1-dən ayrıldığı üçün peşman deyil.

F-1.az xatırladır ki, fransalı sürücü hazırda Formula E və Dünya Dözümlülük çempionatlarında çıxış edir. Toro Rosso komandasının sabiq sürücüsü Formula E-də turnir cədvəlinə başçılıq edir.

Jan Erik Vern: “Formula1-dən ayrıldığım üçün peşman deyiləm. Brendon Hartli kimi qayıtmaq təklifi alsam, çətin qəbul edim. Hartlinin əlində nə var? Bir və ya ikiillik müqaviləsi var. Sonra nə edəcək? Mən isə iki fərqli seriyada yarışıram və bunu çox sevirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*