J.E.Vern: “Alonso hələ də ən güclülərdəndir”

Sabiq Formula1 sürücüsü düşünür ki, Fernando Alonso hazırda Sebastyan Fettel və Lyuis Həmiltondan zəif sürücü deyil.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son qələbəsini 2013-cü ilin İspaniya yarışında qazanıb.

Jan Erik Vern: “Eyni mühərriklə yarışdığı digər komanda qələbə qazanırsa və Honda mühərriyi ilə təchiz edilmiş Toro Rosso-dan geridə qalırsa, narahat olmağa dəyər. Hazırda McLaren-in üzərində böyük təzyiq var. Fernando mənə dedi ki, Barselona yarışına böyük yeniliklərlə gedəcəklər. Bu həm onun üçün, həm də Stoffel üçün böyük addımdır. Məncə, Alonso Ferrari və ya Mercedes-də yarışsaydı, rahatlıqla qələbələr qazana bilərdi. Fettel və Həmiltondan zəif deyil. Növbəti yarışlarda McLaren-in nə edəcəyi maraqlıdır. Ümid edirəm ki, Fernando yenidən qələbələr qazanar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*