14 Dekabr 2017, Cümə axşamı - 13:57

J.Byankiyə həsr edilmiş kart təqdim edilib

J.Byankiyə həsr edilmiş kart təqdim edilib

Müəllif: Rauf Hacıyev, redaktor

10:30 - 22 Fevral, 2016

Jül Byankinin atası Filip Byanki oğluna həsr elədiyi yeni JB markalı kartı təqdim edib…

F-1.az xatırladır ki, Jül Byanki 2014-cü ilin Yaponiya QP-də qəza edib və komaya düşüb. Fransız sürücü 9 ay komada qaldıqdan sonra 2015-ci ilin iyulunda dünyasını dəyişib.

Xatırladaq ki, Filip Byanki bildirmişdi ki, o, kartinq yarışları üçün JB markalı kart hazırlamaq istəyir.

Bu açıqlamadan bir neçə ay sonra isə JB markalı kart təqdim edilib. Filip Byanki bu barədə təəssüratlarını bildirib: “Bu gözəl bir hekayənin başlanğıcıdır. Üzümüzə gələn bir neçə həftə ərzində bəzi traslarda olacayıq. Bu il hazırlıq keçəcəyik, amma biz Fransa, Avropa və Dünya çempionatlarında mübarizə aparmaq istəyirik. Biz Jül Byankinin adını əbədiləşdirmək istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 151
Teqlər , , ,
Paylaş

logo