22 Aprel 2018, Bazar - 20:00

J.Byankinin adına küçə olacaq

J.Byankinin adına küçə olacaq

Müəllif: Rauf Hacıyev, redaktor

21:55 - 17 Yanvar, 2017

2014-cü ilin Yaponiya yarışında qəza etdikdən sonra dünyasını dəyişən Jül Byankinin adı Nitsada bir küçəyə verilib.

F-1.az xatırladır ki, fransalı sürücü qəzadan sonra 9 ay komada qalsa da, gözlərini aça bilməmiş və 25 yaşında dünyasını dəyişmişdi.

Nitsanın bələdiyyə başçısı Filip Pradal və Kristian Estrozi bazar ertəsi verdikləri açıqlamada bildiriblər ki, 1989-cu ildə Nitsada dünyaya gələn Byankinin adı Rue du Sapin adlı küçəyə veriləcək. Beləliklə, fransız şəhəri Manor ilə 34 yarışa çıxmış Byankinin xatirəsini yaşatmış olacaq. Küçə OGC Nitsa stadionunun yaxınlığında yerləşir. Küçə yanvarın 23-dən etibarən rəsmən Byankinin adını alacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 540
Teqlər ,
Paylaş

logo