J.Alezi Pol Rikar trasının səfiri seçilib

Sabiq Formula1 sürücüsü trasın tədbirlərində iştirak edəcək və onu müxtəlif avtoidman seriyalarında təmsil edəcək.

F-1.az xəbər verir ki, Tyrrell, Ferrari, Benetton, Sauber, Prost və Jordan komandalarının tərkibində çıxış etmiş Jan Alezi F1i.com saytına müsahibəsində bildirib: “Mən Le Kastelledə yerləşən bu trası təmsil edəcəyim üçün xoşbəxtəm. Bu, mənim üçün qeyri-adi trasdır. Mən məhz burada Winfield məktəbində avtoidmana ilk addımlarımı atmışam.

Həmçinin, 1989-cu ildə Tyrell 018 ilə Formula1-də debüt etdiyim yarış məhz burada keçirilən Fransa Qran Prisi olub. Bura mənim üçün rəmzi yerdir və fəxr edirəm ki, Pol Rikarı təmsil etmək şərəfi mənə nəsib olub”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*