J.Alezi: “Mercedes qorxduğu üçün səhvlər edir”

Ferrari komandasının sabiq sürücüsü Jan Alezi bildirib ki, yeni mövsümdə Ferrari rəqibi Mercedes-dən daha istəklidir.

F-1.az xatırladır ki, Mercedes son 3 mövsümdə 59 yarışda 51 qələbə qazanaraq, 3 dəfə mühəndislər və sürücülər çempionatının qalibi olmuşdu. Ferrari isə bu dövr ərzində cəmi 3 qələbə qazana bilmişdi. Amma italyanlar 2017-ci il mövsümünə əla başlayaraq, 3 yarışda 2 qələbə qazanıblar və 2008-ci ildən sonra ilk dəfə bu cür uğura imza atıblar.

Jan Alezi: “Hazırda Ferrari daha üstündür. Komanda olaraq uğura acdırlar. Bu da işləmə əzmlərində əks olunur. Artıq uğursuzluğu qəbul edə bilməyəcəkləri üçün əllərindən gələnin ən yaxşısını edirlər. Mercedes də bu hal qarşısında panikaya düşüb. Son yarışlarda strategiya səhvləri buna sübutdur. Halbuki, ən güclü cəhətlərindən biri bu idi. Ümumilikdə rəqabətdən bol mövsüm izləyəcəyik. Ümid edirəm ki, azarkeşlər rəqabətdən həzz alarlar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*