19 Dekabr 2018, Çərşənbə - 06:03

İtaliya mətbuatı Fetteli kəskin tənqid atəşinə tutub

İtaliya mətbuatı Fetteli kəskin tənqid atəşinə tutub

Müəllif: Rauf Hacıyev, redaktor

16:07 - 24 İyul, 2018

İtaliya mətbuatı Sebastyan Fetteli sonuncu Almaniya yarışındakı qəzasına görə sərt tənqid edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bakıda rəqibi Bottasa hücum etməkdə tələsərək, podium və ya qələbəni əldən vermiş, daha sonra isə Fransada startda etdiyi səhvlə gerilərə düşmüşdü. Avstriya yarışının sıralanma turunda Karlos Saynsı əngəllədiyi üçün startda 3 yer itirən Fettel növbəti səhvi Almaniyada edib və 100 faizlik qələbəni əldən verib.

La Gazzetta dello Sport: “Səhvi Ferrari-yə baha başa gələ bilər. Dünya Çempionluğu əldən gedə bilər.

La Stampa: “Almaniyalı sürücü 11 yarışın ən azı 4-də səhv etdi. Onun istedadı mühakimə edilmir, amma həddən artıq ambisiyalı olması Ferrari-yə zərər verir”.

Corriere della Sera isə Mercedes komandasının sürücüsü Lyuis Həmiltona təriflər yağdırıb: “Onun diqqətini toplaması və özünə inamı var. İki ulduz sürücü arasındakı fərq buradan yaranır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 205
Teqlər , , , , , ,
Paylaş

logo