İtaliya mətbuatı Ferrari-ni tənqid edir

İtaliyalı jurnalist Pino Allievi bildirib ki, Ferrari komandasının işçiləri Fernando Alonso üçün darıxırlar.

F-1.az xatırladır ki, Fernando Alonso 2010-2014-cü illərdə Ferrari-də yarışmışdı. İspaniyalı 2010-cu və 2012-ci illərdə çempionluğu son yarışda əldən vermişdi. 35 yaşlı sürücü “qırmızılar”ın heyətində 2014-cü ili çıxmaq şərtilə bütün mövsümlərdə qələbə qazanaraq, bütün mövsümlərdə podiuma çıxmışdı.

Alonso 2014-cü ilin sonunda Ferrari-dən ayrılaraq, McLaren komandasına transfer olunmuş və ispaniyalını Sebastyan Fettel əvəz etmişdi. Fettel keçən mövsüm 3 qələbə qazansa da, bu il qələbəyə həsrətdir.

Alonso isə McLaren-də çətin günlər keçirsə də, Ostində mükəmməl performans göstərərək, yarışı beşinci yerdə bitirib.

İtaliyanın La Gazetta dello Sport qəzetinin jurnalisti Pino Allievi bu barədə danışıb: “Fernando yenə də ən güclü idi. McLaren-i limitlərdə sürdü. Maranellodakı işçilərin çoxu Alonso getdiyi üçün məyusdur”.

Allievi Rəykkönen və Fettel barədə də danışıb: “Sebastyanın performansı pis deyil, amma onun artıq yuxarı pillələr uğrunda mübarizə apara biləcək bolidi yoxdur. Amerikada Rəykkönen yarışxarici olana qədər Fetteldən öndə idi. Fərqli strategiya seçdi, amma yarış ərzində yaxşı performans göstərdi”.

İtalyan mətbuatı isə Ferrari-yə yüklənməyə davam edir. Corriere dello Sport xəbərlərdən birinə “Tünelin sonundakı işıq uzaqlaşır” başlığı atıb və xəbərdə Ferrari-ni “Qırmızı fəlakət” adlandırıb.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*