16 Dekabr 2017, Şənbə - 18:58

İtaliya mətbuatı Ferrari-ni tənqid edib

İtaliya mətbuatı Ferrari-ni tənqid edib

Müəllif: Elçin Zodorov, redaktor

15:07 - 12 İyul, 2016

Buna səbəb komandanın Britaniya Qran Prisində əldə etdiyi zəif nəticələr olub.

F-1.az xatırladır ki, Ferrari Silverstounda Mercedes AMG-dən açıq-aşkar geri qalmışdı. Rəykkönenin 5-ci olduğu yarışda Fettel çətinliklə xal zonasına düşərək 9-cu olmuşdu. Komandanın bu çıxışı İtaliya mətbuatında heç də xoş qarşılanmayıb.

La Gazzetta dello Sport: “Tanınmış aerodinamika üzrə mütəxəssis Nikolas Tombasisin komandadan göndərilməsi nə dərəcədə doğru idi? ”

Corriere dello Sport: “Fettel yaxşı nəticə göstərə bilmədi, çünki maşının tempi çox aşağı idi”.

La Repubblica: “Ferrari-nin Red Bull tərəfindən keçilməsindən sonra komandadakı böhran dərinləşir. Komandanın Silverstoundakı çıxışı oradakı gölməçələr qədər natəmiz və qeyri-mükəmməl idi”.

Ferrari-nin keçən il qalib gəldiyi Macarıstan Qra Prisində necə çıxış edəcəyi çox maraqlıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 220
Teqlər , , , ,
Paylaş

logo