26 Sentyabr 2018, Çərşənbə - 13:08

İtaliya-2018: İkinci sərbəst yürüşlər

İtaliya-2018: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

18:43 - 31 Avqust, 2018

Sessiyanın əvvəlində tras xeyli quruyub və sürücülər bu gün ilk dəfə sliklərə keçiblər.

F-1.az bildirir ki, sessiya Erikssonun ciddi qəzası ilə başlayıb. İsveçli sürücü start düzlüyünün sonunda maşını aşırıb və havada bir neçə dövrə vurub. Kokpiti müstəqil şəkildə tərk edib, lakin müayinə üçün tibb mərkəzinə göndərilib.

Təxliyə və yolun təmizlənməsi işləri 17 dəqiqə davam edib. Qəzaya DRS sistemi səbəb olduğundan, Sauber komandası Leklerin maşınında da eyni halın təkrarlanmaması üçün ehtiyat tədbirləri görüb.

Bir saatın tamamında Fettel Parabolikada trasdan çıxıb və çınqıllığa düşüb. Lakin o, maşını boksa çatdıra bilib, bir qədər sonra isə trasa qayıdıb. Sessiyanın ən yaxşı nəticəsini də məhz Fettel bu səhvindən əvvəl göstərib – 1:21.105.

Məşqlər sabah davam edəcək.

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:21.10527
27Kimi RəykkönenFerrari1:21.375+ 0:00.27031
344Lyuis HəmiltonMercedes AMG1:21.392+ 0:00.28731
477Valtteri BottasMercedes AMG1:21.803+ 0:00.69835
533Maks FerstappenRed Bull1:22.154+ 0:01.04928
63Daniel RikkardoRed Bull1:22.296+ 0:01.19128
731Esteban OkonForce İndia1:22.930+ 0:01.82530
811Serxio PeresForce İndia1:22.942+ 0:01.83732
916Şarl LeklerSauber1:22.965+ 0:01.86020
1027Niko HülkenberqRenault1:23.063+ 0:01.95830
118Roman QrojanHaas1:23.077+ 0:01.97231
1255Karlos SaynsRenault1:23.193+ 0:02.08832
1320Kevin MaqnussenHaas1:23.233+ 0:02.12828
1410Pyer QasliToro Rosso1:23.402+ 0:02.29734
1535Sergey SirotkinWilliams1:23.514+ 0:02.40928
1628Brendon HartliToro Rosso1:23.531+ 0:02.42616
1718Ləns StrollWilliams1:23.566+ 0:02.46129
1814Fernando AlonsoMcLaren1:23.741+ 0:02.63623
192Stoffel VandornMcLaren1:24.084+ 0:02.97930
209Markus ErikssonSauber2

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 69
Teqlər , , , , , ,
Paylaş

logo