19 Oktyabr 2017, Cümə axşamı - 03:53

İtaliya-2017: Yarış

İtaliya-2017: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

17:58 - 03 Sentyabr, 2017

Ferrari şirkətin 70 illik yubileyini məhz Montsada qeyd edirdi. Bununla əlaqədar şirkətin rəhbəri Sercio Markionne və çoxsaylı qonaqların iştirakı ilə bir sıra tədbirlər keçirilirdi. Yerli azarkeşlər də təbii olaraq, komandadan yalnız qələbə gözləyirdilər.

F-1.az xatırladır ki, cümə günü keçirilən sərbəst yürüşlərdə Mercedes sürücüləri hamıdan sürətli olublar – ilk sessiyada Həmilton, ikinci sessiyada isə Bottas protokollara başçılıq edib. Sürücülər dünən səhər baş tutan üçüncü sessiyada isə yağışa görə yalnız son 15 dəqiqədə trasa çıxa biliblər və nəticə göstərən 7 sürücü arasında Massa ən sürətli olub.

Yağış davam etsə də, sıralanma turu start götürüb, lakin ilk dəqiqələrdə Qrojanın idarəetməni itirərək qəza etməsindən sonra sessiya qırmızı bayraqlarla dayandırılıb, yalnız iki saat yarımdan sonra sessiyaya restart verilib. Lyuis Həmilton karyerasında 69-cu poulunu qazanıb və bu göstəriciyə görə Mixael Şumaxeri keçərək mütləq lider olub. Sıralanma turunda növbəti iki yeri Red Bull sürücüləri tutsalar da, güc qurğusundakı dəyişikliklərə görə startda yer itirdiklərindən, Stroll ikinci, Okon isə üşüncü yerdən start almaq şansı əldə edib. İkinci cərgədən start alan digər pilot Bottas olub. Üçüncü cərgəni isə Ferrari sürücüləri zəbt ediblər – bu dəfə Rəykkönen Fetteli qabaqlayıb.

Ümumilikdə 8 sürücü güc qurğusundakı dəyişikliklərə və ya ötürmələr qutusunun vaxtından əvvəl əvəzlənməsinə görə cəzalandırılıb – Alonso startda 35, Rikkardo və Vandorn 25, Ferstappen 20, Palmer 15, Hülkenberq və Sayns 10, Peres isə 5 yer itirib. Sıralanma turunda nəticə göstərəməyən Qrojan stüardlar tərəfindən startda buraxılıb.

Pirelli Montsaya orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri gətirib. Sıralanma turunun yağışda baş tutması sürücülərə startda təkər seçmək imkanı verib, Rikkardo, Palmer və Alonso Soft, digər sürücülər isə UltraSoft tərkiblə start alıblar.

Startda Həmilton liderliyini qoruyub. Okon Strollu keçərək ikinci yerə yüksəlib. Rəyykönen Bottası qabaqlayıb, lakin Mercedes-in sürücüsü Parabolikada möhtəşəm hücumla öz yerini qaytarıb. 2-ci dövrədə ilk onluq: Həmilton – Okon – Stroll – Bottas – Rəykkönen – Fettel – Massa – Ferstappen – Peres – Maqnussen.

Üçüncü dövrədə Bottas Strollu, Fettel isə Rəykköneni keçib. Massa ilə toqquşan Ferstappenin maşınının təkəri partlayıb və holldandiyalı sürücü pit-stop etməli olub. Onun maşınının ön qanadı da dəyişdirilib və nəticədə xeyli vaxt itirib. Qrojan da ön qanadını dəyişdirilmək üçün pitə yollanıb. Bottas növbəti dövrədə Okonu da qabaqlayaraq ikinci olub. Fettel isə bu dəfə Strollu keçib. 5-ci dövrədə ilk onluq: Həmilton – Bottas – Okon – Fettel – Stroll – Rəykkönen – Massa – Peres – Maqnussen – Rikkardo.

7-ci dövrədə Fettel Okonu qabaqlayaraq üçüncü yerə yüksəlib. Rikkardo isə doqquzuncu yer uğrunda mübarizədə Maqnusseni üstələyib. 10-cu dövrədə Hülkenberq, 11-ci dövrədə Maqnussen, 14-cü dövrədə Sayns, 16-cı dövrədə Rəykkönen, 17-ci dövrədə Okon, 18-ci dövrədə isə Stroll təkərlərini dəyişiblər. Rəykkönen və Strollun pit-stopları zamanı gecikmə baş verib. Pitə yollanmayan Rikkardo 17-ci dövrədə Peresi qabaqlayıb və 5-ci yerə yüksəlib. Palmer Alonso ilə mübarizədə trasdan çıxaraq üstünlük əldə etdiyi üçün 5 saniyəlik cəza alıb. O, bir qədər sonra transmissiyadakı problemə görə mübarizəni dayandırıb. Pit-stop dalğası davam edib, 32-ci dövrədə Alonso, 33-cü dövrədə Həmilton və Peres, 34-cü dövrədə isə Bottas təkərlərini dəyişiblər. Vandorn 35-ci dövrədə güc qurğusundakı problemə görə yarışı yarımçıq saxlamalı olub. 38-ci dövrədə Rikkardo pit-stop edən sonuncu sürücü olub. 38-ci dövrədə ilk onluq: Həmilton – Bottas – Fettel – Rəykkönen – Rikkardo – Okon – Stroll – Massa – Peres – Maqnussen.

Trasa SuperSoft təkərlərlə qayıdan Rikkardo hamıdan sürətli olub, Rəykkönenlə arasındakı vaxt fərqini bağlayıb və 41-ci dövrədə onu keçərək dördüncü yerə yüksəlib. Avstraliyalı sürücü sürətlə Fettelə yaxınlaşmağa başlayıb. Ferstappen də SuperSoft təkərlərlə Sayns, Hülkenberq, Kvyat və Maqnusseni ötərək xal qazanmağa imkan verən 10-cu yerdə mübarizəni davam etdirib. 50-ci dövrədə Eriksson, 51-ci dövrədə də Alonso mübarizəni dayandıran sürücülər sırasına qoşulublar. Beləliklə, McLaren-in hər iki sürücüsü Monstada finişə çata bilməyib.

Lyuis Həmilton mövsümdə altıncı, karyerasında isə 59-cu qələbəsini qazanıb və mövsümdə ilk dəfə Sebastyan Fetteli üstələyərək çempionatda liderliyə yüksəlib. Valtteri Bottas ikinci yeri tutaraq Mercedes-in dublunu rəsmiləşdirib. Fettel isə podiumun üçüncü pilləsinə yüksələrək tiffozilərə kiçik təsəlli verib.

Beləliklə, Avropadakı yarışlar başa çatıb. Mübarizə iki həftə sonra Sinqapurda gecə yarışında davam edəcək.

YerNSürücüKomandaZaman/FərqPit
144Lyuis HəmiltonMercedes AMG1:15.32.3121
277Valtteri BottasMercedes AMG+ 0:04.4711
35Sebastyan FettelFerrari+ 0:36.3171
43Daniel RikkardoRed Bull+ 0:40.3351
57Kimi RəykkönenFerrari+ 1:00.0821
631Esteban OkonForce İndia+ 1:11.5281
718Ləns StrollWilliams+ 1:14.1561
819Felipe MassaWilliams+ 1:14.8341
911Serxio PeresForce İndia+ 1:15.2761
1033Maks FerstappenRed Bull+ 1 dövrə2
1120Kevin MaqnussenHaas+ 1 dövrə1
1226Daniil KvyatToro Rosso+ 1 dövrə1
1327Niko HülkenberqRenault+ 1 dövrə1
1455Karlos SaynsToro Rosso+ 1 dövrə1
158Roman QrojanHaas+ 1 dövrə2
1694Paskal VerlyaynSauber+ 2 dövrə1
1714Fernando AlonsoMcLaren+ 3 dövrə2
189Markus ErikssonSauber+ 4 dövrə2

 

Sürətli dövrə: Daniel Rikkardo (Red Bull) – 1:23.361 (49-cu dövrə, 250.174 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Fernando AlonsoMcLaren51ötürmələr qutusu
Markus ErikssonSauber50güc qurğusu
Stoffel VandornMcLaren34güc qurğusu
Colion PalmerRenault30transmissiya

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas F1 Team238
25Sebastyan FettelScuderia Ferrari235
377Valtteri BottasMercedes AMG Petronas F1 Team197
433Daniel RikkardoRed Bull Racing144
57Kimi RəykkönenScuderia Ferrari138
633Maks FerstappenRed Bull Racing68
711Serxio PeresSahara Force İndia F1 Team58
831Esteban OkonSahara Force İndia F1 Team55
955Karlos SaynsScuderia Toro Rosso36
1027Niko HülkenberqRenault Sport Formula 1 Team34
1119Felipe MassaWilliams Martini Racing31
1218Ləns StrollWilliams Martini Racing24
138Roman QrojanHaas F1 Team24
1420Kevin MaqnussenHaas F1 Team11
1514Fernando AlonsoMcLaren Honda Formula 1 Team10
1694Paskal VerlyaynSauber F1 Team5
1726Daniil KvyatScuderia Toro Rosso4
182Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas F1 TeamMercedes435
2Scuderia FerrariFerrari373
3Red Bull RacingTAG Heuer212
4Sahara Force İndia F1 TeamMercedes113
5Williams Martini RacingMercedes55
6Scuderia Toro RossoRenault40
7Haas F1 TeamFerrari35
8Renault Sport Formula 1 TeamRenault34
9McLaren Honda Formula 1 TeamHonda11
10Sauber F1 TeamFerrari5

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 10. 785
Teqlər , , , , , , ,
Paylaş

logo