18 Oktyabr 2017, Çərşənbə - 22:14

İtaliya-2017: Üçüncü sərbəst yürüşlər

İtaliya-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

14:11 - 02 Sentyabr, 2017

Gecədən etibarən yağan yağışa görə GP3-ün sıralanma turu ləğv edilib. Yağıntı öz təsirini İtaliya Qran Prisinin bügünkü sərbəst yürüşlərinə də göstərib – sürücülər yalnız son 15 dəqiqədə trasa çıxa biliblər.

F-1.az xəbər verir ki, Təhlükəsizlik Maşını təftiş üçün bir neçə dəfə yollanıb, lakin trasda suyun xeyli çox olduğu məlum olub. Buna görə də pit-leynin çıxışındakı qırmızı işıq yalnız sessiyanın 44-cü dəqiqəsində sönüb.

Bir neçə sürücü yağış təkərləri ilə boksları tərk edib. Yağış davam etdiyi üçün trasın vəziyyəti düzəlməyib, lakin yaxın saatlarda hava şəraitinin yaxşılaşacağı gözlənilir. Yalnız 7 sürücü nəticə göstərib və Massa hamıdan sürətli olub – 1:40.660.

Hava şəraiti imkan versə, bizi 16:00-da poul uğrunda gərgin mübarizə gözləyir.

YerNSürücüKomandaZamanFərqDövrə
119Felipe MassaWilliams1:40.6604
218Ləns StrollWilliams1:40.888+ 0:00.2284
327Niko HülkenberqRenault1:41.491+ 0:00.8314
455Karlos SaynsToro Rosso1:41.515+ 0:00.8555
530Colion PalmerRenault1:44.369+ 0:03.7094
69Markus ErikssonSauber1:44.701+ 0:04.0413
726Daniil KvyatToro Rosso1:45.033+ 0:04.3734
83Daniel RikkardoRed Bull1
933Maks FerstappenRed Bull1
105Sebastyan FettelFerrari3
117Kimi RəykkönenFerrari4
1214Fernando AlonsoMcLaren2
132Stoffel VandornMcLaren4
148Roman QrojanHaas1
1520Kevin MaqnussenHaas1
1631Esteban OkonForce İndia2
1794Paskal VerlyaynSauber2
1877Valtteri BottasMercedes AMG1
1911Serxio PeresForce İndia1
2044Lyuis HəmiltonMercedes AMG1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 804
Teqlər , , , , , ,
Paylaş

logo